ABŞ qüvvələri İranda 8000-dən çox hədəfi vurub – CENTCOM

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərq münaqişəsinin başlanğıcından bəri ABŞ ordusu İranda
130 gəmi də daxil olmaqla 8000-dən çox hədəfə zərbə endirib.

Trend xəbər verir
ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred
Kuper bildirib.




O, video müraciətində qeyd edib: “Biz 130 İran gəmisi də daxil
olmaqla 8000-dən çox hərbi hədəfi vurduq. Bu, İkinci Dünya
Müharibəsindən bəri üç həftə ərzində dəniz qüvvələrinə vurulan ən
böyük zərbə idi”.

Kuper həmçinin iddia edib ki, ABŞ Hərbi Hava Qüvvələri İran
üzərində hava üstünlüyünü qoruyub saxlayır və 8000-dən çox döyüş
uçuşu həyata keçirib.