Bakı. Trend:
Boliviyanın keçmiş prezidenti Luis Arse Marselonun oğlu
korrupsiya istintaqı çərçivəsində saxlanılıb.
Trend xəbər verir
ki, bu barədə Unitel telekanalı məlumat yayıb.
Məlumata görə, məhkəmə Marselo Arsenin 140 gün müddətinə həbsdə
saxlanılması barədə qərar çıxarıb. O, çirkli pulların yuyulmasında
şübhəli bilinir və dinləmədən sonra Santa Kruz həbsxanasına
aparılıb.
Boliviya prokurorluğu hesab edir ki, artıq digər ittihamlarla
həbsdə olan keçmiş prezident və onun daha iki övladı da bu işdə
iştirak edib.
Marselo Arse isə ittihamları siyasi motivli adlandırıb.
İstintaqın dövlətə məxsus neft və qaz şirkəti YPFB-nin
fəaliyyəti ilə bağlı olduğu bildirilir.

