22 ölkə Hörmüz boğazının bağlanmasını pisləyib

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa və
Almaniyanın da daxil olduğu 22 ölkə Hörmüz boğazının İran qüvvələri
tərəfindən faktiki bağlanmasını pisləyən birgə bəyanatla çıxış
edib.

Trend xəbər verir
ki, bəyanatda regionda gərginliyin artmasından narahatlıq ifadə
olunub və İran təhdidləri dərhal dayandırmağa çağırılıb.




Nazirliyin rəsmi saytında dərc olunan bəyanatda qeyd edilir:
“Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi üçün müvafiq
tədbirlərə töhfə verməyə hazırıq. Hazırlıq planlaşdırmasında
iştirak edən ölkələrin öhdəliklərini alqışlayırıq”.

Sənədi Avstraliya, Bəhreyn, Böyük Britaniya, Danimarka, İtaliya,
Kanada, Latviya, Litva, Niderland, Norveç, Yeni Zelandiya, BƏƏ,
Rumıniya, Sloveniya, Finlandiya, Fransa, Almaniya, Çexiya, İsveç,
Estoniya, Cənubi Koreya və Yaponiya imzalayıb.