Kuba bir ay ərzində üçüncü dəfə tam elektrik kəsintisi ilə üzləşib

Baş səhifə
Kuba bir ay ərzində üçüncü dəfə tam elektrik kəsintisi ilə üzləşib

Kubanın elektroenergetika sistemi mart ayı ərzində üçüncü dəfə tamamilə çöküb.

“Report” xəbər verir ki, bu barədə ölkənin dövlət energetika şirkəti “Telegram” kanalında məlumat yayıb.

“Saat 18:32-də (Bakı vaxtı ilə 22 mart saat 02:32-də – red.) milli elektroenergetika sisteminin tamamilə çökməsi qeydə alınıb”, – şirkətin paytaxt bölməsinin paylaşımında qeyd olunub.

Adada bundan əvvəlki tam enerji kəsintisi martın 16-da qeydə alınmışdı. Enerji sisteminin fəaliyyətini bərpa etmək mümkün olsa da, ölkənin müxtəlif bölgələrində elektrik enerjisi təchizatında uzunmüddətli fasilələr yaranmışdı. Bundan da əvvəl Kuba energetikasında analoji irimiqyaslı qəza martın 4-də baş vermişdi.