“Mançester Yunayted” baş məşqçi postu üçün Luis Enrikeni düşünür

Baş səhifə

Bakı. Trend:

“Mançester Yunayted” rəhbərliyi baş məşqçi postu üçün ciddi
addımlar atmağa hazırlaşır.

Trend xəbər verir
ki, hazırda klubun əsas namizədlərindən biri Luis Enrikedir.




Məlumata görə, Enrikenin bu yay PSJ-dən ayrılacağı ilə bağlı
şayiələr güclənməkdədir. İspaniyalı mütəxəssis uzun müddətdir ki,
İngiltərə Premyer Liqasında çalışmaq arzusundadır.

Bununla belə, onun gələcəyi ilə bağlı başqa ehtimal da
mövcuddur; təcrübəli məşqçi karyerasında birillik fasilə verməyi də
nəzərdən keçirə bilər.