
Bakı. Trend:
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, Hörmüz
boğazı gəmilərin sərbəst keçidi üçün 48 saat ərzində tam
açılmayacağı təqdirdə, ABŞ İranın elektrik stansiyalarına zərbələr
endirməyə hazırdır.
Trend xəbər verir
ki, bu açıqlama Amerika liderinin “Truth Social” sosial şəbəkəsində
yerləşdirilib.
“Əgər İran 48 saat ərzində Hörmüz boğazını tam şəkildə, heç bir
təhlükə olmadan açmazsa, ABŞ zərbə endirəcək və onların çoxsaylı
elektrik stansiyalarını məhv edəcək”, – məlumatda qeyd olunub.


