İsrail Hərbi Hava Qüvvələri Tehranda nüvə tədqiqat obyektinə zərbə endirib

Baş səhifə

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri şənbə günü Tehran şəhərində yerləşən
strateji nüvə tədqiqat və inkişaf obyektinə zərbə endirib.

Trend xəbər verir
ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.




Məlumata görə, hədəf Malek Aştar Texnologiya Universiteti
ərazisində yerləşən və İranın hərbi sənayesi tərəfindən nüvə silahı
komponentlərinin hazırlanması üçün istifadə olunduğu iddia edilən
obyekt olub.

Qeyd edilir ki, İran Müdafiə Nazirliyi ilə əlaqəli olan bu
universitet ölkənin nüvə və ballistik raket proqramları ilə bağlı
fəaliyyətlərinə görə Qərb sanksiyalarına məruz qalıb.