Hind okeanında minlərlə Alman avtomobili toplanıb

Baş səhifə

Bakı. Trend:

Hind okeanındakı Lamu adasında “Porsche” və “Volkswagen”nin
avtomobilləri də daxil olmaqla təxminən 4000 Alman avtomobili
toplanıb.

Trend xəbər verir
ki, bu barədə “Bild” nəşri məlumat yayıb.




Minlərlə avtomobili daşıyan daha bir gəminin tezliklə gələcəyi
gözlənilir.

Maşınları daşıyan gəmilər əvvəlcə Yaponiyadan Dubaya gedirdi,
lakin İranla münaqişə səbəbindən Hörmüz boğazından keçən marşrut
bağlandığından Lamu limanında lövbər salmaq məcburiyyətində
qalıblar.