Tunisdə 116 miqrant fırtına zamanı qaz platformasından xilas edilib

Baş səhifə

Bakı. Trend:

Tunisin cənub sahillərində “Miscar” qaz hasilatı platformasında
günlərlə çətin vəziyyətdə qalan 116 miqrant “Ocean Viking” gəmisi
tərəfindən xilas edilib. Qeyri-qanuni miqrantlar fırtına zamanı
platformaya sığınıblar.

Trend xəbər verir
ki, bu barədə “SOS Méditerranée” qeyri-hökumət təşkilatı məlumat
yayıb.




Məlumata görə, Tunisin sahil sularında xilas edilən miqrantlar
arasında 40 azyaşlı, 13 qadın, bir uşaq və iki körpə olub.