Bakı. Trend:
Cənubi Koreyanın Tedjon şəhərində avtomobil ehtiyat hissələri
zavodunda baş verən yanğın nəticəsində azı 14 nəfər həlak olub.
Trend xəbər verir
ki, bu barədə “Yonhap” məlumat yayıb.
Bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, hadisə nəticəsində iki yanğınsöndürən də daxil
olmaqla 58 nəfər xəsarət alıb. İlkin məlumatlara əsasən, cümə günü
yanğın baş verən zaman zavod ərazisində ümumilikdə 170 nəfər
olub.

