Havayda daşqınlar səbəbindən minlərlə sakin təxliyə olunur

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Havay ştatında təxminən 5500 sakin daşqınlar səbəbindən
təxliyə əmri alıb.

Trend xəbər verir
ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.




Təxliyə əmrləri Honolulu şəhərinin şimalında yaşayan sakinlərə
şamil olunub. Havay adalarında aramsız yağan güclü yağışların səbəb
olduğu daşqınlar onlarla evə ziyan vurub. Yerli rəsmilər 120 illik
bəndin dağılması ehtimalından narahatdırlar.

Ştatın qubernatoru Coş Qrin daşqınların ümumi ziyanının 1
milyard dolları keçə biləcəyi barədə xəbərdarlıq edib.