54 yaşlı kişi hamamda yıxılıb öldü

Baş səhifə

Qax şəhərində 54 yaşlı kişi hamamda yıxılaraq ölüb.

Modern.az xəbər verir ki, hadisə fərdi yaşayış evlərinin birində baş verib.

Belə ki, şəhər sakini – 1972-ci il təvəllüdlü Cəfərov Elxan Sabir oğlu yaşadığı mənzilin hamam otağında yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

(Report)