Hidayət Heydərov “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan cüdoçusu Hidayət Heydərov Tbilisidə keçirilən “Böyük
Dəbilqə” turnirində bürünc medal qazanıb.

Trend xəbər verir
ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer
uğrunda görüşdə ispaniyalı Anton Şuxaliyevə qalib gəlib.




Qeyd edək ki, ötən gün Turan Bayramov (66 kiloqram) gümüş medal
qazanaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.