Avropalı jurnalist süni intellektdən istifadə etdiyinə görə işdən çıxarılıb

Baş səhifə

Bakı. Trend:

Niderland və İrlandiya mətbuatında çalışan jurnalist Uim
Vandermeerş süni intellekt alətlərindən istifadə etdiyi və
materialların dəqiqliyini yoxlamadığı üçün vəzifəsindən
kənarlaşdırılıb.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, o, “ChatGPT”, “Perplexity” və “NotebookLM” kimi
süni intellekt vasitələrindən istifadə edərək hazırladığı
hesabatları ümumiləşdirib. Lakin həmin xülasələr əsasında istifadə
etdiyi sitatların doğruluğunu yoxlamayıb.

Hadisə onun işlədiyi “De Telegraaf” qəzeti və “Irish
Independent” nəşrində ciddi narahatlıq yaradıb. Nəticədə
jurnalistin əmək müqaviləsinə xitam verilib. O, səhvini etiraf edib
və üzr istəyib.