Ukrayna nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün Mayamiyə yollanıb

Baş səhifə

Bakı. Trend:

Ukrayna nümayəndə heyəti ABŞ ilə ikitərəfli danışıqlarda iştirak
etmək məqsədilə Mayami şəhərinə səfər edib.

Trend-in Ukrayna
KİV-ə istinadən verdiyi məlumata görə, nümayəndə heyətinə ölkə
rəhbərliyinin yüksək səviyyəli təmsilçiləri daxildir. Onların
sırasında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi
Rustem Umerov da var.

Bundan əlavə, danışıqlarda Ukrayna Prezident Ofisinin rəhbəri
Kirill Budanov, rəhbərin birinci müavini Sergey Kıslitsa və deputat
David Araxamiya iştirak edəcək.




ABŞ tərəfdən görüşlərdə prezidentin xüsusi elçisi Stiv Uitkoff
və prezidentin kürəkəni Cared Kuşnerin iştirakı gözlənilir.

Tərəflərin məsləhətləşmələr apararaq əməkdaşlığın aktual
istiqamətlərini müzakirə edəcəyi bildirilir.