
Gürcüstanın borçalı bölgəsindəki Marneuli rayonunda bu il Ramazan bayramı münasibətilə ənənəvi şənlik mərasimləri təxirə salınıb.
Modern.az xəbər verir ki, bu barədə Marneulinin azərbaycanlı din xadimi – imamcümə Seyid Mirismayıl Əsədov bildirib.
“Ayətullah Seyid Əli Xameneinin şəhadəti və Bütün Gürcüstanın Katalikos-Patriarxı II İliyanın vəfatı biz müsəlmanları dərindən kədərləndirdi. Belə bir şəraitdə Marneulidə ənənəvi Ramazan bayramı şənliyinin bu il təşkil olunmayacağını bildirmək istəyirəm. Hər iki dini liderə Allahdan rəhmət diləyirəm”,- deyə Mirismayıl Əsədov qeyd edib.
Xatırladaq ki, İsrail-ABŞ kolisiyasının fevralın 28-də İrana hücumu nəticəsində bu ölkənin Ali Lideri Seyyid Əli Xamenei öldürülüb. Bütün Gürcüstanın Katalikos-Patriarxı II İliya isə martın 17-də vəfat edib.


