
Bakı. Trend:
Martın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən
bağlı qalan 2 cinayət açılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidmətindən bildirilib.
Məlumata görə, ötən gün axtarışda olduğuna görə ümumilikdə 45, o
cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt
müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.


