Ağ Ev: İrana qarşı hərbi əməliyyat 4-6 həftə davam edə bilər

Baş səhifə
Ağ Ev: İrana qarşı hərbi əməliyyat 4-6 həftə davam edə bilər

Ağ Ev xatırladıb ki, Vaşinqtonun hesablamalarına görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatı 4-6 həftə davam edə bilər.

“Report” xəbər verir ki, bu barədə Axios, Ağ Evin mətbuat katibi Kerolayn Livittin müvafiq açıqlamasını 20 martda dərc edib.

“Prezident və Pentaqon təyin olunmuş tapşırıqları yerinə yetirmək üçün təxminən dörd-altı həftə vaxt lazım olacağını gözləyirdilər. Sabah üçüncü həftənin sonudur”, – deyə Livitt qeyd edib.

Onun sözlərinə görə, Prezident Donald Trampın əməliyyatın tezliklə başa çata biləcəyi barədə açıqlaması onun tezliklə baş verəcəyi anlamına gəlmir.

Eyni zamanda, portalın qeyd etdiyi kimi, “Trampın bəzi müşavirləri hələ də İran ərazisində quru əməliyyatı keçirmək ehtimalına meyllidirlər”.