
Bakı. Trend:
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisinə və
bölgədəki ABŞ hərbi obyektlərinə 70-ci zərbə dalğasını elan
edib.
Trend-in
məlumatına görə, bu barədə SEPAH-ın xüsusi bəyanatında
bildirilib.
Bildirilib ki, 70-ci hücum dalğası ABŞ-ın beş regional hərbi
bazası da daxil olmaqla 55-dən çox İsrail və ABŞ hədəfinə
yönlədirilib.
“İran silahlı qüvvələri və SEPAH belə bir dövrə girməyə hazırlıq
görüblər”, – deyə qeyd olunub.


