Bakı. Trend:
Cənubi Koreyanın Tecon şəhərində avtomobil hissələri zavodunda
baş verən yanğın nəticəsində ən azı 10 nəfər ölüb, 59 nəfər
yaralanıb.
Trend-in məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər
verib.
Məlumata əsasən, yanğınsöndürənlər hazırda itkin düşmüş dörd
nəfəri axtarırlar. Yanğın baş verən zaman zavodda ümumilikdə 170-ə
yaxın işçi olub.
Agentlik Cənubi Koreya rəsmisinə istinadən vurğulayıb ki, xüsusi
xidmət orqanları artıq yoxlanılan binaları sökməyi və itkin
düşənlərin axtarışını davam etdirməyi planlaşdırır.

