Tehranda yeni partlayışlar baş verib

Baş səhifə

Bakı. Trend:

İran paytaxtı Tehranın şərq ətraflarında bir neçə yeni partlayış
baş verib.

Trend-in
məlumatına görə, bu barədə İranın dövlət televiziyası xəbər
verib.




Məlumata əsasən, Tehranın Rey şəhərinin şərqində, eləcə də
paytaxtın şərqindəki dağlıq ərazilərdə partlayış səsləri
eşidilib.

Hadisənin nəticələri barədə məlumat verilməyib.