
Bakı. Trend:
İran İsrail ordusunun mövqelərinə, eləcə də ABŞ-yə zərbələr
endirib.
Trend-in
məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun
(SEPAH) mətbuat xidməti açıqlama yayıb.
Məlumata əsasən, zərbələr İsrail ordusunun Hayfa və Təl-Əvivdəki
25 mövqeyini, eləcə də bölgədəki ABŞ bazalarına endirilib.
Bildirilib ki, SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən istifadə
edilən çoxsaylı döyüş başlığına malik Khorremshahr-4 və Ghadr
raketləri İsrailin çoxqatlı müasir hava hücumundan müdafiə
sistemlərinin işini pozaraq Hayfa və Təl-Əvivdə 25 hədəfi vurub.
Həmçinin bildirilir ki, onlarla İran pilotsuz uçuş aparatı Yaxın
Şərqdəki ABŞ hərbi bazalarına hücum edib.


