Alüminiumun qiyməti bir gündə kəskin düşüb

Baş səhifə

Bakı. Trend:

London Metal Birjasında (LME) üç aylıq alüminium fyuçerslərinin
kotirovkaları 8,33% aşağı düşüb və minimum səviyyədə tona 3 130,83
dollara çatıb.

Trend xəbər
verir ki, bu, 2018-ci ildən bəri bir gün ərzində ən güclü
düşüşdür.




Qeyd edək ki, yaxın Şərqdəki münaqişənin dünya iqtisadiyyatına
təsiri ilə bağlı artan narahatlıqlar sənaye metalları bazarlarında
əhəmiyyətli itkilərə səbəb olduğundan alüminium qiymətləri aşağı
düşür.