
Bakı. Trend:
Yanvar-fevral aylarında Azərbaycandan Bolqarıstana 37,4 milyon
ABŞ dolları dəyərində 78,5 min ton xam neft və bitumlu süxurlardan
əldə edilən neft məhsulları ixrac edilib.
Trend-in
Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, 2025-ci ilin
eyni dövrü ilə müqayisədə bu rəqəm dəyər baxımından 10,8 milyon ABŞ
dolları və ya 22,4%, həcm baxımından isə 766 tondan çox və ya 1%
azalıb.
Beləliklə, ötən ilin yanvar-fevral aylarında Azərbaycandan
Bolqarıstana 48,2 milyon ABŞ dolları dəyərində 79,3 min ton neft və
neft məhsulları ixrac edilib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici
ölkələrlə 6,264 milyard dollar dəyərində ticarət əməliyyatları
aparıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard
dollar və ya 29,6% azdır.
Ümumi xarici ticarət həcminin 3,665 milyard dolları ixracın,
2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac
1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyon dollar və ya
37,2% azalıb.
Bu, ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalaraq
933,6 milyon dollar müsbət saldo ilə nəticələnib.


