İranda daha bir general öldürüldü

Baş səhifə

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, general Əli Məhəmməd Naini İrana endirilən aviazərbələr nəticəsində öldürülüb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” Agentliyi SEPAH-a istinadən yayıb.

Bildirilib ki, SEPAH-ın İctimaiyyətlə əlaqələr üzrə müavini və sözçüsü, briqada generalı Əli Məhəmməd Naini mübarək Ramazan ayının son gününün sübh çağında Amerika-İsrail hücumu nəticəsində həlak olub.