İsrail Suriyaya hücum edib

Baş səhifə

Bakı. Trend:
İsrail Müdafiə Ordusu Suriyanın cənubundakı hərbi infrastruktura
zərbələr endirib.

Trend-in məlumatına görə, bunu İsrail Müdafiə Qüvvələri (IDF)
açıqlayıb.

IDF-in bildirdiyinə görə, zərbələr Əs-Süveydada druzların hücuma
məruz qalmasına cavab olaraq endirilib. İsrail ordusu Suriya
hökumət qüvvələrinin hərbi obyektlərindəki komandanlıq mərkəzinə və
silah-sursat anbarlarına zərbələr endirib.




Ordu Suriyanın cənubunda vəziyyəti izləməyə davam etdiyini və
siyasi rəhbərliyin göstərişlərinə uyğun addımlar atacağını
vurğulayıb.