Biz havadan çox şey edirik, inqilabı yerdə İran xalqı etməlidir! – Netanyahu

Baş səhifə

İsrailin Baş naziri Benyamin Netanyahu etiraf edib ki, İrana qarşı hava hücumları ilə rejim dəyişikliyinə nail olmaq çətindir. Onun sözlərinə görə, real rejim dəyişikliyi üçün “yer komponenti” tələb olunur.

Modern.az-ın məlumatına görə, Netanyahu mətbuat konfransında İranda bir ayətullahı digərinin əvəz etməsini “Hitleri Hitlerlə əvəz etməsi” kimi şərh edib.

O qeyd edib ki, İran xalqı sonda ayağa qalxmalıdır:

“Biz şərait yarada bilərik, amma onlar, bu şəraitdən düzgün anda istifadə etməlidirlər”.

Benyamin Netanyahu bildirib ki, “inqilab “yalnız havadan” baş verə bilməz:

“Havadan çox şey etmək olar və biz bunu edirik, amma… yer komponenti də olmalıdır”.

“Bu yer komponenti üçün bir çox variant var və mən bütün bu imkanları sizinlə bölüşməyəcəyəm”, – Netanyahu jurnalistlərə deyib.