Kamilo Duran Kolumbiya millisindən kənarda qalıb

Baş səhifə
Kamilo Duran Kolumbiya millisindən kənarda qalıb

Kolumbiya millisinin qarşıdakı yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.

“Report” xəbər verir ki, Kolumbiya Futbol Federasiyasının açıqladığı siyahıya əsasən, baş məşqçi Nestor Lorenzo 26 futbolçuya dəvət göndərib.

Heyətdə “Qarabağ”ın futbolçusu Kamilo Duran yer almayıb. Bununla belə, daha əvvəl Ağdam təmsilçisi oyunçunun milli komandaya dəvət aldığını açıqlamışdı.

Məlumatda futbolçunun ilk dəfə yığmaya çağırıldığı açıqlansa da, sonradan həmin paylaşım silinib.

Kolumbiya millisi martın 21-dən 26-dək ABŞ-nin Orlando şəhərində təlim-məşq toplanışı keçəcək. Komanda bu müddətdə əvvəlcə Xorvatiya, daha sonra isə Fransa yığması ilə üz-üzə gələcək.