Premyer Liqa: “Qarabağ”ın səfər, “Neftçi”nin ev sınağı

Baş səhifə

Bakı. Trend:

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXV turun daha 2
oyunu keçiriləcək.

Trend xəbər verir ki, günün
ilk matçı Yevlaxda “Kəpəz” və “Qarabağ” komandaları arasında
olacaq. Görüş saat 15:00-da start götürəcək.

Hazırda Ağdam təmsilçisi 52 xalla 2-ci, Gəncə klubu 18 xalla
10-cu pillədə qərarlaşıb.




Digər oyunda isə “Neftçi” öz meydanında “İmişli”ni sınağa
çəkəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

Paytaxt təmsilçisi 34 xalla 6-cı, İmişlinin eyniadlı klubu isə
22 xalla 9-cudur.

Qeyd edək ki, XXV turun əvvəlki matçlarında “Araz-Naxçıvan”
səfərdə “Şamaxı”nı, “Zirə” “Karvan Yevlax”ı 1:0, “Sabah” isə evdə
“Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. Tura martın 21-də
keçiriləcək “Turan Tovuz” – “Qəbələ” görüşü ilə yekun
vurulacaq.