
Bakı. Trend:
Norveçin “Equinor” şirkəti 2025-ci ildə Azərbaycan hökumətinə 2
milyon dollar vergi ödəyib.
Trend bu barədə şirkətə
istinadən xəbər verir.
Ödəniş Equinor BTC Caspian AS vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonunda Azərbaycan
Dövlət Neft Şirkəti SOCAR Equinor şirkətinin Azəri-Çıraq-Günəşli
(AÇG), Qarabağ yataqlarında və Bakı-Tbilisi-Ceyhan (BTC)
layihəsindəki səhmlərini əldə edib.
Satışdan əvvəl Equinor şirkəti AÇG-nin 7,27%-nə, BTC-nin
8,71%-nə və Qarabağ yatağının 50%-nə sahib idi. SOCAR əvvəllər
AÇG-nin 25%-nə, BTC-nin 25%-nə və Qarabağın 50%-nə sahib idi.
Equinor şirkəti 20-dən çox ölkədə fəaliyyət göstərir və təxminən
25.000 nəfəri işlə təmin edir. Onun biznesi neft və qaz kəşfiyyatı
və istehsalı, bərpa olunan enerji və aşağı karbonlu həllər daxil
olmaqla geniş sektorları əhatə edir. Equinor şirkəti dünyanın ən
böyük dəniz operatorlarından biridir və Avropaya əhəmiyyətli enerji
təchizatçısıdır.


