⁠Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb – DİN

Baş səhifə

Bakı. Trend:

Martın 19-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən
bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin
olunub.

Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumat yayıb.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 224, o
cümlədən borclu şəxs qismində axtarışda olan 179 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.




Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.