Pezeşkian dünyaya müraciət etdi

Baş səhifə

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin ölkəsinə qarşı törətdiyi cinayətlər barədə xəbərdarlıq edən bir mesaj yayımlayıb.

“ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı qlobal hüquq normalarını məhv edəcək bir presedent yaradır”.

Modern.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bunu 20 martda X sosial media platformasında bildirib.

“ABŞ-ın İrana qarşı təcavüzü və Ali Liderin öldürülməsi beynəlxalq mübahisələrdə qlobal hüquq normalarını məhv edəcək yeni bir presedent yaradır. Əgər dünya möhkəm dayanmasa, onun alovu çoxlarını yandıracaq”, – deyə o bildirib.

Pezeşkian əlavə edib ki, əgər beynəlxalq ictimaiyyət bu gərginliyin artmasına qəti şəkildə qarşı çıxmasa, “bu od-alov çoxlarını yandıracaq”.