
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətinin 40 yaşayış məntəqəsinə 800-dən çox zərbə vurub, nəticədə üç nəfər həlak olub və daha dörd nəfər yaralanıb.
“Report”un məlumatına görə, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov öz Teleqram kanalında bildirib.
“Zaporojye, və vilayətin Zaporojye və Poloqi rayonlarına hücumlar nəticəsində üç nəfər həlak olub, dörd nəfər, o cümlədən bir uşaq yaralanıb. Ümumilikdə sutka ərzində RF Zaporojye vilayətinin 40 yaşayış məntəqəsinə 864 zərbə endirib”, – Fedorov yazıb.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


