
İsrail Müdafiə Qüvvələri İran paytaxtındakı hədəflərə qarşı yeni hava hücumları dalğası barədə məlumat yayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatda deyilir: ” İsrail Müdafiə Qüvvələri Tehranın hər yerində infrastruktura bir sıra zərbələr endirib”.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri təyyarələrinin son 24 saat ərzində İrana qarşı onlarla zərbə endirdiyini və ölkənin qərb və mərkəzi hissələrində 130-dan çox hədəfi vurduğunu bildirmişdi.
Bu arada, “Əl-Cəzirə” kanalı Tehranın şərqinin bir neçə hava hücumuna məruz qaldığını bildirib.
İranın dövlət televiziyası İRİB paytaxtın şərq hissəsində düşmən hədəflərinə qarşı hava hücumundan müdafiə sistemlərindən istifadə edildiyini bildirib.


