ABŞ yanacaq ixracına məhdudiyyət tətbiq etməyi planlaşdırmır

Baş səhifə

Bakı. Trend:

ABŞ digər ölkələrə neft və qaz tədarükünü azaltmaq niyyətində
deyil.

Trend xəbər verir ki, bu
barədə ABŞ-nin energetika katibi Kris Rayt “X” sosial şəbəkəsində
paylaşım edib.

O bildirib ki, ABŞ administrasiyası neft və qaz ixracına hər
hansı məhdudiyyət qoymağı nəzərdən keçirmir və əlavə edib ki, ölkə
dünyanın ən iri neft və təbii qaz istehsalçısıdır.




ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi
əməliyyatların yaratdığı enerji böhranı fonunda yanacaq ixracına
mümkün məhdudiyyətlərlə bağlı ehtimallar artıb.

Eyni zamanda, ABŞ-də avtomobil yanacağının qiyməti kəskin
yüksələrək son iki il yarımın ən yüksək həddinə çatıb. AAA
Avtomobil Assosiasiyasının məlumatına əsasən, martın 18-də ölkə
üzrə orta qiymət bir qallon üçün 3,84 dolları ötüb. ABŞ və İsrailin
İrana hücumlarından (28 fevral) əvvəl isə istehlakçılar təxminən
2,98 dollar ödəyirdilər. Mövcud qiymətlər 2023-cü ilin sentyabr
ayından bəri qeydə alınan ən yüksək səviyyədir.