
Bakı. Trend:
Azərbaycanda 11 günlük tətil başlayıb.
Trend xəbər verir ki, bu il
Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə
ardıcıl 11 qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20,
21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə
və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə
əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.
Martın 20, 21-i isə Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən,
Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə
üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən növbəti iş günləri 27
və 30 mart tarixləri də qeyri-iş günü olacaq.
Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22,
23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günüdür.


