
Neftçalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Kürqarabucaq kəndində qeydə alınıb.
Kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Səidə Məmmədəli qızı yolu keçən zaman avtomobil onu vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan piyada qadın Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

