Azərbaycanda istehsal olunan mazutun həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan 9,8 min ton
mazut istehsal olunub.

Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadla məlumat verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar-fevral aylarında
qeydə alınmış göstərici ilə müqayisədə 23,3 min ton və ya 3,4 dəfə
azdır.




Cari ilin mart ayının 1-ə olan vəziyyətə görə, hazır məhsul
ehtiyatı 33,1 min ton təşkil edir.

Qeyd edək ki, cari ilin yanvar–fevral aylarında Azərbaycanda
neft məhsulları istehsalı sahəsində ümumi istehsal həcmi 824,5
milyon manat təşkil edib ki, bu da ötən ilin yanvar–fevral ayları
ilə müqayisədə 18,4% azdır. Neft koksunun istehsalı 9,8% artıb,
qazoylun (dizel yanacağının) istehsalı 16,2% azalıb, neft bitumunun
istehsalı 15,9%, ağ neftin istehsalı 22,1%, mazutun istehsalı isə
70,4% azalıb.