ABŞ-nin milli borcu ilk dəfə 39 trilyon dolları keçib

Baş səhifə

Bakı. Trend:

2026-cı il martın 18-də ABŞ-ın milli borcu tarixdə ilk dəfə
olaraq 39 trilyon dollar həddini aşıb.

Trend xəbər verir
ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı hesabatda qeyd
olunub.

Məlumata əsasən, ölkənin ümumi borcu təxminən 39,03 trilyon
dollara çataraq rekord səviyyəyə yüksəlib.




Bildirilib ki, adambaşına düşən borc artıq 114 min dolları ötüb.
Son bir trilyon dollarlıq artım isə beş aydan daha qısa müddətdə
qeydə alınıb.

Eyni zamanda vurğulanır ki, dövlət borcunun xidmət xərcləri
artıq ABŞ-ın hərbi büdcəsini üstələyir.