“Lockheed Martin” Estoniyada “HIMARS” servis mərkəzi tikəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin müdafiə sənayesi nəhəngi “Lockheed Martin” Estoniyada
“HIMARS” mobil raket sistemləri üçün texniki xidmət mərkəzi inşa
edəcək.

Trend ERR-ə
istinadən xəbər verir ki, bu barədə razılaşma Vaşinqtonda
Estoniyanın müdafiə naziri Hanno Pevkur ilə şirkətin
vitse-prezidenti Paula C. Hartli arasında keçirilən görüş zamanı
əldə olunub.

Estoniya Müdafiə Nazirliyinin məlumatına görə, yaradılacaq
kompleks Baltikyanı ölkələr üçün “HIMARS” sistemlərinə xidmət
göstərərək regionun mühüm infrastruktur obyektlərindən birinə
çevriləcək.




Layihənin təxminən iki il ərzində həyata keçiriləcəyi
gözlənilir. İlkin investisiyaların həcmi isə təxminən 10 milyon
avro olaraq qiymətləndirilir.

Görüş çərçivəsində tərəflər, həmçinin gələcəkdə “Lockheed
Martin” şirkətinin Estoniyadakı fəaliyyətinin genişləndirilməsi
imkanlarını da müzakirə ediblər.

Qeyd edək ki, şirkət “HIMARS” sistemləri ilə yanaşı, beşinci
nəsil “F-35” qırıcıları, “Patriot” hava hücumundan müdafiə
sistemləri və “Black Hawk” helikopterlərinin istehsalı ilə
tanınır.