
İran yenidən Qətərdə yerləşən Ras-Laffandakı sənaye obyektlərinə yenidən raket zərbəsi endirib.
“Report” xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyasının (IRIB) “Telegram” kanalında məlumat paylaşılıb.
Bildirilib ki, raket zərbəsi endirilən ərazidə yanğın başlayıb. Telekanal Qətər Daxili İşlər Nazirliyinin baş verən yanğının söndürülməsi istiqamətində iş aparıldığına dair məlumatını da paylaşıb.
O da vurğulanıb ki, İran digər körfəz ölkələrinin neft sənayesi obyektlərini də hədəfə alıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


