
Bakı. Trend:
ABŞ-də kommersiya neft ehtiyatları son həftə ərzində 6,16 milyon
barel artım göstərib.
Trend xəbər verir
ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi ehtiyatların həcmi 449,3 milyon barelə
çatıb və bu göstərici 2024-cü ilin iyun ayından bəri ən yüksək
səviyyədir.
Eyni zamanda, benzin ehtiyatları 5,44 milyon barel, distillə
edilmiş yanacaq ehtiyatları isə 2,53 milyon barel azalıb.
Qeyd edək ki, analitiklər neft ehtiyatlarının cəmi 400 min barel
artacağını, yanacaq ehtiyatlarında isə daha mülayim azalmanın qeydə
alınacağını proqnozlaşdırırdılar.


