Bakı. Trend:
Ekvador və Kolumbiya hakimiyyəti, Ekvador hərbçiləri tərəfindən
atıldığı ehtimal edilən sursatın Kolumbiya ərazisində peyda
olmasının səbəblərini müəyyən etmək üçün komissiya yaradılması
barədə razılığa gəliblər.
Trend xəbər verir
ki, bu barədə Ekvador Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, qarşılıqlı razılaşma
əsasında partlayıcı qurğunun Kolumbiya ərazisində peyda olmasının
səbəblərini yerində araşdırmaq üçün ikitərəfli texniki komissiya
yaradılıb.
Bundan əlavə, Ekvador Müdafiə Nazirliyi qeyd edib ki, nazir
Cankarlo Loffredo hadisəni müzakirə etmək məqsədilə Kolumbiya hərbi
rəhbərliyinin nümayəndələri ilə görüş keçirib.

