Bakı. Trend:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Bəsic”
yarımhərbi dəstəsinin rəhbəri general-mayor Qulamrza Süleymaninin
ölümünü təsdiqləyib.
Trend-in
məlumatına görə, bu barədə SEPAH-ın mətbuat xidməti bildirib.
Bildirilib ki, “Bəsic”in üzvləri heç vaxt həlak olan liderin,
sərkərdələrin və bütün şəhidlərin qanını intiqamsız
qoymayacaqlar.

