Ceyhun Bayramovla Abbas Əraqçi arasında telefon danışığı olub

Baş səhifə

Bakı. Trend:

17 mart Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid
Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığı
zamanı, regional vəziyyət və ikitərəfli əlaqələr müzakirə
olunub.

Nazir Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar
Respublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq,
İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətə
çatdırıb.

Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəf
alınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddət
ərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yolu
ilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.