
Bakı. Trend:
Paytaxtın Binəqədi rayonu ərazisində mebel sexində baş vermiş
yanğınla bağlı yolda hərəkət iştirakçılarının təhlükəsizliyi tam
təmin olunur.
Trend xəbər verir
ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)
məlumat yayıb.
Bildirilib ki, baş vermiş hadisə ilə əlaqədar Post-Patrul
Xidməti və yol polisi əməkdaşları tərəfindən nəzarət tədbirləri
gücləndirilib. Görülən zəruri tədbirlər nəticəsində yolda nəqliyyat
vasitələrinin hərəkətində məhdudlaşma yoxdur.


