Bakı. Trend:
Paytaxtın Binəqədi rayonu, ərazisində mebel sexində baş vermiş
yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
DİN Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, hadisə yerində
vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin
nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz
fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər
görülür.
Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın
aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri
işlər davam etdirilir.

