Azərbaycanın yanvar-fevral aylarında elektrik enerjisi ixracından əldə etdiyi gəlirlər məlum olub

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar–fevral aylarında Azərbaycan 72,208 milyon
kilovat-saat elektrik enerjisi ixrac edib.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, elektrik enerjisinin
ixracından əldə olunan gəlir 3,923 milyon ABŞ dolları təşkil
edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi ixracı
həcm baxımından 224 milyon kilovat-saat və ya 4 dəfə, dəyər
ifadəsində isə 12,453 milyon ABŞ dolları və ya 4,2 dəfə azalıb.

Hesabat dövründə elektrik enerjisi ixracının qeyri-neft
sektorundakı payı 0,11% təşkil edib.




Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici
ölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dolları
məbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü ilə
müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac,
2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzində
ixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539
milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə
yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya
5,3% azdır.