
Bakı. Trend:
2026-cı ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki
şəxsləri dünyanın 128 ölkəsi ilə ticarət əməliyyatları həyata
keçirib, məhsullarını 81 ölkəyə ixrac edib və 122 ölkədən məhsul
idxal edib.
Trend bu barədə
Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən məlumat
verir.
Ay ərzində xarici ticarət dövriyyəsi 3,092 milyard ABŞ dolları,
ticarət balansının müsbət saldosu isə 487,7 milyon dollar təşkil
edib.
2025-ci ilin yanvarı ilə müqayisədə buğda idxalı 49,9%, bitki
yağları 9,0%, avtobuslar 2,7 dəfə, qara metallardan borular 33,7%,
polietilen isə 72,5% artıb. Eyni zamanda təzə meyvələrin idxalı
3,6%, kərə yağı, digər süd yağları və pastaların idxalı 26,7%,
dərman vasitələrinin idxalı 44,5%, poladdan rulonların idxalı
15,4%, hesablama maşınları, bloklar və qurğuların idxalı isə 22,2%
azalıb.
2026-cı ilin yanvar ayında qeyri-xammal məhsulların ixracının
dəyəri ( ümumi ixracdakı payı 15,0% təşkil edib) 268,4 milyon ABŞ
dolları olub ki, bu faktiki qiymətlər üzrə 2025-ci ilin yanvarı ilə
müqayisədə 9,1% çox, real ifadədə isə 20,7% azdır.


