Hakan Fidan kanadalı həmkarı ilə ABŞ və İsrail ilə İran arasındakı savaşı müzakirə edib

Baş səhifə
Hakan Fidan kanadalı həmkarı ilə ABŞ və İsrail ilə İran arasındakı savaşı müzakirə edib

Türkiyə və Kanada ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə, Fars körfəzi və Hörmüz boğazındakı gərginlikdən narahatdır.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan kanadalı həmkarı Anita Anand ilə birgə mətbuat konfransında deyib.

“Regional təhlükəsizlik üçün təhdid yaranıb və bu, bölgə ölkələri arasındakı münasibətlərə də təsirsiz ötüşməyəcək”,- H. Fidan bildirib və əlavə edib ki, savaşın fəsadları beynəlxalq nizamı poza bilər:

“Türkiyə olaraq müharibənin ilk günündən (28 fevral – red.) tərəflər arasında dialoq yaratmağa çalışırıq”.